Belə cəza görülmədi

Belə cəza görülmədi
XƏBƏR 27 Dekabr 2011 / 13:11 1910
-  A +

Hollandiya kubokunda keçirilən "Ayaks" - "AZ Alkmaar" matçının yarımçıq dayanmasına səbəb olan azarkeş cəzasını alıb.

Qol.Az-ın məlumatına görə, həmin görüşdə meydana çıxaraq qonaq komandanın qapıçısına təzyiq göstərən 19 yaşlı "Ayaks"lı azarkeş 30 il boyunca "Amsterdam Arena"ya buraxılmayacaq.

Bununla yanaşı, gənc fanat matçın yarımçıq dayandırılması səbəbindən dəymiş zərəri də ödəməli olacaq. Daha öncə stadionlara giriş qadağası olan azarkeşə bilet satan şəxs də bu zərərin ödənilməsinə kömək edəcək.

Qeyd edək ki, "Ayaks" - "AZ Alkmaar" matçının yarımçıq dayanmasına səbəb olan azarkeşin ruhi xəstə olduğu bildirilir.

 


Son xəbərlər