Araz Abdullayev Yunanıstana yollandı

Araz Abdullayev Yunanıstana yollandı
XƏBƏR 27 Dekabr 2011 / 12:46 2005
-  A +

"Neftçi" klubunun yarımmüdafiəçisi Araz Abdullayevin Yunanıstanın "Panionios" klubuna icarəyə veriləcəyi haqda xəbər vermişdik.

Qol.Az-ın məlumatına görə, Araz artıq dünən gecə Bakı- İstanbul - Afina reysi ilə Yunanıstana yollanıb.

Müqavilə ilə İngiltərənin "Everton" klubuna məxsus olan həmyerlimiz yanvar ayının 15-20 günündə "Panionios" klubunun düşərgəsində olacaq.

A.Abdullayevin Yunanıstana yollanmasında əsas məqsəd isə futbolçunun qısa müddət ərzində komandaya uyğunlaşmasıdır. Arazın "Panionis"in heyətində debüt edəcəyi də gözlənilir.

Qeyd edək ki, "Everton" daha öncə Arazı Yunanıstanın PAOK klubuna icarəyə vermək istəsə də müəyyən səbəblərdən bu keçid baş tutmamışdı.

 


Son xəbərlər