"Qalatasaray"lı futbolçu İtaliya A Seriyası yolunda

"Qalatasaray"lı futbolçu İtaliya A Seriyası yolunda
XƏBƏR 27 Dekabr 2011 / 11:32 2351
-  A +

"Qalatasaray" klubunun futbolçusu Əmrə Çolak karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, gənc futbolçu "İnter" klubunun maraq dairəsinə düşüb.

Qarşıdakı günlərdə "İnter" rəhbərliyinin İstanbula gedəcəyi bildirilir. Milan təmsilçisi ilə "Qalatasaray" arasında razılıq əldə olunarsa, Çolak yanvar ayından "İnter"də çıxış edəcək.

Qeyd edək ki, 2010-cu ildən "Qalatasaray"da çıxış edən Əmrə keçirdiyi 22 oyunda cəmi bir dəfə fərqlənib.


Son xəbərlər