Amit Quluzadənin yeni baş məşqçisi müəyyənləşdi

Amit Quluzadənin yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 27 Dekabr 2011 / 11:18 1590
-  A +

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin də şərəfini qoruduğu "Kayseri Erciyesspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Kayseri təmsilçisini bundan sonra sabiq "Fənərbaxça"lı futbolçu Kəmaləttin Şəntürk çalışdıracaq.

Bu postda Fikrət Yılmazı əvəz edən Şəntürk yalnız çempionluq yolunda mübarizə aparacaqlarını bildirib. Buna görə də o, komandaya yeni transferlər edilməsini xüsusi vurğulayıb.

Qeyd edək ki, Kayseri təmsilçisi hazırda 16 turdan sonra 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb


Son xəbərlər