"Mahaçqala necə tələffüz edilir, onu belə bilmirəm"

"Mahaçqala necə tələffüz edilir, onu belə bilmirəm"
XƏBƏR 27 Dekabr 2011 / 03:04 2227
-  A +

"Çelsi" klubunun yarımmüdafiəçisi Floran Maluda Rusiyanın "Anji" klubuna keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, bu xəbərləri təkzib edən fransız futbolçu komandası dəyişmək haqda düşünmədiyini açıqlayıb:

"Mahaçqalanın adı necə tələffüz edilir, onu belə bilmirəm. Üstəlik bu tip xəbərlərin necə yayıldığını da anlamıram. Çünki bu məlumatlar həqiqəti əks etdirmir.

Mən təmiz bir insanam. Digərlərindən sirr saxlayan adam deyiləm. Əgər belə bir vəziyyət olsaydı, bunu hər kəsə deyərdim. Hələlik isə komandamı dəyişmək haqda düşünmürəm".

Qeyd edək ki, Maludanı "Anji" klubunun yeni baş məşqçisi Quus Hiddinkin transfer etmək istədiyi bildirilir.


Son xəbərlər