Mourinyo: "Növbəti iş yerim Premyer Liqa olacaq"

Mourinyo: "Növbəti iş yerim Premyer Liqa olacaq"
XƏBƏR 27 Dekabr 2011 / 02:13 2063
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo yenidən İngiltərə Premyer Liqasına qayıdacağını bildirib.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis növbəti iş yerinin məhz İngiltərə olacağını açıqlayıb:

"Əlbəttə, "Real" dünyanın ən yaxşı komandalarından biri ola bilər. Ancaq mənim əsas sevgim İngiltərə Premyer Liqasınadır. Növbəti dayanacağım da məhz İngiltərə olacaq. Ümid edirəm ki, mən yenidən İngiltərəyə qayıdacağam və hər hansı bir klubu uzun müddətli çalışdıracağam". 

Qeyd edək ki, 2004-2007-ci illərdə Londonun "Çelsi" klubuna rəhbərlik edib.


Son xəbərlər