"Mançester Siti"dən Mansiniyə yeni təklif

"Mançester Siti"dən Mansiniyə yeni təklif
XƏBƏR 26 Dekabr 2011 / 18:52 2028
-  A +

"Mançester Siti" klubunun baş məşqçisi Roberto Mansini daha 3 il komandada qala bilər.

Qol.Az-ın məluatına görə, klub rəhbərliyi Mansini ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Çempionlar Liqasında uğursuz çıxışa baxmayaraq, İngiltərə Premyer Liqasının hazırki lideri olan "Mançester Siti" klubunun rəhbərliyi Mansinin işindən razı qalıb.

Məhz bu səbəbdən də "şəhərlilər" italiyalı mütəxəssislə yola davam etmək istəyirlər. Mansininin də bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Mansinin "Mançester Siti" ilə müqaviləsi 2013-cü ildə baş çatacaq.


Son xəbərlər