Unibank Premyer Liqasının son turunda "Bakı" ilə keçirilmiş oyunla "Xəzər Lənkəran" klubu 2011-ci ilin son matçını geridə qoyub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, başa çatmaqda olan ildə “Xəzər Lənkəran” 39 rəsmi oyunda qüvvəsini sınayıb.
Bu oyunların 31-i Premyer Liqa, 6-sı Azərbaycan Kuboku və 2-si Avropa Liqası çərçivəsində baş tutub. 39 matçda Lənkəran təmsilçisi 17 dəfə qalib gəlib, 16 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. Bu görüşlərdə ən çox qeydə alınan nəticə isə 1:1 hesabıdır. "Xəzər Lənkəran" il ərzində düz səkkiz dəfə bir qol və bir xalla meydandan ayrılmalı olub.
Komandanın 6 məğlubiyyətindən biri Azərbaycan Kubokunda, biri isə Avropa Liqasında baş tutub. Cənub təmsilçisi ilk halda məğlubiyyətə rəğmən növbəti mərhələyə adlaya bilmişdisə, qitə yarışında belə olmayıb. Qalan 4 məğlubiyyət isə çempionat oyunlarına aiddir. Bu dörd oyunun heç birində “Xəzər Lənkəran” qol vura bilməyib. Başqa sözlə, "Xəzər Lənkəran" 2011-ci ildə qol vurduğu çempionat oyunlarında məğlub olmayıb.
39 oyunda 54 dəfə qol vuran "Xəzər Lənkəran" öz qapısında 35 top görüb. Bu il “Xəzər Lənkəran” düz 15 “quru oyun” keçirməyə müvəffəq olub. Bu oyunların hamısında qapını Kamran Ağayev qoruyub.
Komanda 2011-də 20 dəfə evdə, 18 dəfə səfərdə, 1 dəfə isə neytral meydanda oyun keçirib. İl ərzində “Xəzər Lənkəran”ın ən çox qarşılaşdığı komandalar isə “Bakı” və “Neftçi”dir. Bu rəqiblərin hərəsi ilə Lənkəran klubu 6 dəfə üz-üzə gəlib. "Xəzər Lənkəran" "Bakı"ya 3 oyunda qalib gəldiyi halda, 2 heç-heçə edib, 1 görüşdə isə məğlub olub. “Neftçi” isə 2 dəfə məğlub edilib, 3 dəfə bu komanda ilə heç-heçə qeydə alınıb, 1 oyunda isə "Xəzər Lənkəran" məğlub olub.
"Xəzər Lənkəran"ın 2011-ci ildə üzərində ən çox qələbə qazandığı komandalar isə AZAL və “Bakı”dır. Hər iki komanda ayrı-ayrılıqda üç dəfə “Xəzər Lənkəran”la oyunlardan məğlub ayrılıblar.
Nəhayət, 2011-ci il “Xəzər Lənkəran” üçün titulla yadda qalıb. Son dəfə 2008-də Azərbaycan Kubokunu əldə etmiş komanda üç illik fasilədən sonra aktivinə daha bir trofey yazdı. 24 may tarixdə oyunsonrası penaltilər seriyasında “İnter”i məğlub edən "Xəzər Lənkəran" tarixində üçüncü dəfə ölkə kubokuna sahib çıxıb. Həmçinin “Xəzər Lənkəran” bu il Premyer Liqanın gümüş medallarını da əldə edib.
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk
Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
Naqelsmann Almaniya millisindən ayrıldı
Ronaldo Modriçə nə deyib?
DÇ-2026-da 1/8 finalın müəyyənləşən cütlükləri
İspaniya millisi növbəti mərhələyə belə adladı - Video
Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi
İspaniya 1/8 finalda - Yenilənib
"Neftçi" "ÇFR Kluj"a belə uduzdu - Video
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub