Rivaldo "Neftçi"nin futbolçusunu transfer etdi

Rivaldo "Neftçi"nin futbolçusunu transfer etdi
XƏBƏR 26 Dekabr 2011 / 16:34 2914
-  A +

"Neftçi" klubunun sabiq futbolçusu Joze Karlos karyerasını vətəni Braziliyada davam etdirəcək.

Qol.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu bundan sonra "Mogi Mirim"in şərəfini qoruyacaq.

Karlosun yeni komandasının rəhbəri isə çox tanınmış simadır. "Mogi Mirim" klubunun yeni prezidenti bir müddət öncə karyerasını bitirən əfsanəvi futbolçu Rivaldodur.  

Qeyd edək ki, Joze Karlos ötən mövsüm "Neftçi"nin heyətində çıxış edib.

 


Son xəbərlər