"Play-off"da Azərbaycanla qarşılaşmaq istəmirik"

"Play-off"da Azərbaycanla qarşılaşmaq istəmirik"
XƏBƏR 26 Dekabr 2011 / 16:12 2009
-  A +

"Püşkdə Azərbaycan millisi ilə qarşılaşmaq istəməzdik. Azərbaycan bizə uzaq olduğu üçün Bakıya yol qət etməli olacağıq"

Qol.Az-ın məlumatına görə, bu sözləri futzal üzrə İspaniya millisinin baş məşqçisi Xose Venansio Lopez deyib.

Lopez eyni zamanda Azərbaycan millisindən çəkindiyini də gizlətməyib: "Məsafənin uzaqlığı ilə yanaşı, bu komandanın gücünə də bələdik.

Azərbaycan millisi potensial rəqiblərimiz arasında ən çətin komandadır. Ancaq ümid edirəm ki, "play-off"da Azərbaycanla qarşılaşmayacağıq".

Qeyd edək ki, DÇ-2012-nin "play-off" mərhələsinin püşkatma mərasimi fevralda keçiriləcək.


Son xəbərlər