Milli komandamız dünya sıralamasında gerilədi

XƏBƏR 26 Dekabr 2011 / 14:33 1831
-  A +

FİFA dekabr ayı üçün qadınlardan ibarət milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, milli komandamız ötən ayla müqayisədə bir pillə geriləyərək 71-ci sırada qərarlaşıb.

Ötən il fəaliyyətini dayandıran Azərbaycan millisinin aktivində 1341 xal var. Komandamız Avropanın reytinq siyahısında isə 35-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 2148 xalla ABŞ yığması başçılıq etdiyi halda, Almaniya və Yaponiya milliləri müvafiq olaraq 2-3-cü pillələri bölüşürlər.


Son xəbərlər