Milli futbolçu "Liverpul"a doğru

Milli futbolçu "Liverpul"a doğru
XƏBƏR 26 Dekabr 2011 / 12:42 2350
-  A +

Almaniyanın "Köln" klubunun hücumçusu Lukaş Podolski karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu ilə "Liverpul" klubu yaxından maraqlanır. 

Komandanın uruqvaylı hücumçusu Luiz Suaresin 8 oyunluq diskvalikasiya olunması rəhbərliyi yeni futbolçu transfer etməyə vadar edir.

Belə olan təqdirdə isə "mersisaydlılar" Almaniya yığmasının hücumçusu Podolskini transfer etməklə yaranmış boşluğu aradan qaldırmaq niyyətindədir.

Qeyd edək ki, Podolskinin "Köln"lə 2013-cü ilə qədər müqaviləsi var.


Son xəbərlər