Bakı İdman Sarayında böyüklər arasında boks üzrə ölkə çempionatına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov (56 kq) uzun fasilədən sonra yenidən Azərbaycanda ən güclü olduğunu sübut edib.
O, finalda əsas rəqibi Rəhim Nəcəfovu 23:11 hesabı ilə məğlub edib. Məmmədov həm də yarışın ən yaxşı boksçusu sayılıb. Çempionatın ən gənc iştirakçılarından olan Tural Əhmədov finalda da çətinlik çəkmədən qalib gəlib. Bu il “Böyük İpək Yolu” və Abbas Ağalarovun xatirəsinə həsr olunmuş turnirdə 1-ci olan Əhmədov Sərxan Babayevi 26:6 hesabı ilə üstələyib.
Neft Ölkələrinin Dünya kuboku turnirində qələbə qazanmış Cavid Çələbiyev (52 kq) ölkə çempionatında da fərqlənib. O, Kamran Məlikov üzərində 21:13 hesabı ilə qələbə qazanıb. Tapdıq Bayramov (60 kq) Kamran Baxşəliyevi 22:12, Ruslan Qasımov (64 kq) Nurlan Məmmədovu 22:16 hesabı ilə üstələyib.
Dünya çempionatının mükafatçısı Emil Məhərrəmov bu il də ölkə çempionatında finalda uduzub. Uzun illər milli komandamızın kapitanı olmuş boksçunun Tamerlan Abdullayevlə həlledici döyüşü 14:14 hesabı ilə yekunlaşsa da, hakimlər qələbəni Abdullayevə veriblər. Fariz Məmmədov (75 kq) Yolçu Zeynalovdan 17:13 üstün olub.
Rahib Bəylərov çəkisini dəyişməsinə baxmayaraq, yenə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamran Mehdiyev (91 kq) rəqibi Hacıbaba Hacıbabayevin döyüşə çıxmaması üzündən qalib elan olunub. Nəhayət, Zamiq Atakişiyev (+91 kq) Fərid Şabanovu yenib – 20:13.
Ümumi komanda hesabında “Rabitə” İdman Klubu 1-ci, “Neftçi” İSM 2-ci, “Qızıl Əlcək” isə 3-cü yeri tutub.
Mənbə: Lent.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi