"Anji" Samuel Eto'Onu satışa çıxardı

"Anji" Samuel Eto
XƏBƏR 26 Dekabr 2011 / 11:16 2478
-  A +

Rusiyanın "Anji" klubu hücumçusu Samuel Eto'Onu satışa çıxarıb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda qərar kamerunlu futbolçunun yeni baş məşqçisi Quus Hiddinklə görüşündən sonra verilib.

Görüş zamanı futbolçunun komandanı kiçildəcək ifadələr səsləndirməsi baş məşqçi Hiddinki özündən çıxarıb. Hiddinkin Eto'Onun komandaya yuxarıdan aşağı baxması haqda klub sahibi Süleyman Kərimova məlumat verməsindən sonra futbolçunun satılması qərara alınıb.

Kərimov Eto'Onun əvəzinə isə "Kuban"ın hücumçusu Traoreni transfer etmək niyyətindədir. "Anji" rəhbərliyi artıq futbolçu üçün 30 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, Eto'Onun yanvar ayında "Qalatasaray"a transfer ediləcəyi istisna olunmur.       


Son xəbərlər