"Qalatasaray"ın iki futbolçusu Rusiyaya doğru

"Qalatasaray"ın iki futbolçusu Rusiyaya doğru
XƏBƏR 26 Dekabr 2011 / 00:42 2219
-  A +

"Qalatasaray" klubunun iki futbolçusu karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın "hurriyet.com" qəzetinə istinadən verdiyi məlumata görə, komandanın iki oyunçusu Sərvət Çətin və Albert Riera "Dinamo" (Moskva) klubunun maraq dairəsinə düşüb.

Moskva təmsilçisi hər iki futbolçunu heyətinə qatmaq niyyətindədir. Riera "Dinamo"nun təklifini müsbət qarşıladığı halda, Sərvət düşünmək üçün vaxt istəyib.

Qeyd edək ki, "Dinamo" rəhbərliyinin hər iki futbolçunun transferini yaxın bir həftə ərzində həll etmək istədiyi bildirilir.


Son xəbərlər