"Barselona"dan ayrılsam, yalnız "Arsenal"a qayıdaram"

"Barselona"dan ayrılsam, yalnız "Arsenal"a qayıdaram"
XƏBƏR 26 Dekabr 2011 / 00:01 2435
-  A +

"Barselona" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas bir gün yenə "Arsenal"da oynayacağını bildirib.

Qol.Az-ın məlumatına görə, Fabreqas Kataloniya təmsilçisindən ayrılacağı tədqirdə yalnız "Arsenal"a qayıdacağını vurğulayıb:

"Arsenal"dan ayrılarkən ağladım. Mən bunu söyləməkdən utanmıram. Arsen Venger kimi biri ilə qarşılaşmamışam. O həqiqətən də bir nömrədir.

Bununla belə, mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Əgər bir gün "Barselona"dan ayrılmalı olsam, yalnız "Arsenal"a qayıdaram. Çünki o komanda da mənim üçün doğmadır".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Fabreqas mövsümün əvvəlində "Arsenal"dan Kataloniya klubuna transfer edilmişdi.


Son xəbərlər