Əfsanəvi futbolçudan yaxşı xəbər gəldi

Əfsanəvi futbolçudan yaxşı xəbər gəldi
XƏBƏR 25 Dekabr 2011 / 00:01 1898
-  A +

Bir neçə gün öncə sətəlcəm diaqnozu ilə xəstəxanaya çatdırılan Portuqaliya futbolunun canlı əfsanəsi Eysebio da Silva Ferreyradan yaxşı xəbər gəlib.

Qol.Az-ın məlumatına görə, 69 yaşlı sabiq futbolçunun səhhətinin yaxşıya doğru getdiyi bildirilir.

Bu barədə açıqlama verən həkim Joze Rokuette futbolçunun 2-3 gün ərzində daha da yaxşı olacağını vurğulayıb. Bununla belə, həkim Eysebionun yeni ili də xəstəxanada keçirməli olduğu bildirib.

Qeyd edək ki, peşəkar karyerasına "Benfika"da başlayan Eysebio Portuqaliya milli komandasında keçirdiyi 64 oyunda 41 dəfə fərqlənib.


Son xəbərlər