"Türkiyədən 2 təklif aldım, ancaq qəbul etmədim"

"Türkiyədən 2 təklif aldım, ancaq qəbul etmədim"
XƏBƏR 24 Dekabr 2011 / 18:53 2961
-  A +

İranın "Persopilis" klubu ilə 1,5 illik müqavilə imzalayan Türkiyə milli komandasının sabiq baş məşqçisi Mustafa Dənizli artıq adı çəkilən ölkəyə gedib.

Qol.Az-ın məlumatına görə, 62 yaşlı mütəxəssis daha öncə Türkiyənin 2 klubundan təklif alsa da, bunu qəbul etməyib.

Bu haqda danışan Dənizli Türkiyədə işləmək istəməməsinin səbəbini belə izah edib: "İrana getməmişdən öncə iki klubdan təklif aldım. Buna görə hər iki komandanın rəhbərliyinə təşəkkür edirəm.

Ancaq Türkiyədə özümü rahat hiss etmirdim. Rüşvət qalmaqalından sonra Türkiyədə işləmək istəmədim. İranda isə çoxlu dostlarım var və burada özümü xoşbəxt hiss edirəm. Həyat yoldaşımın da yanımda olması mənim üçün əlavə üstünlükdür".


Son xəbərlər