Dekabrın 23-də “Buta” sarayında ilin idman yekunları ilə bağlı mərasim keçirilib. Qol.Az-ın məlumatına görə, tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıblar.
10 ən güclü idmançı siyahısına kanoe, boks, güləş, taekvondo, bədii gimnastika, cudo və ağırlıqqaldırma üzrə dünya çempionatlarının qalib və mükafatçıları daxil ediliblər. Onlardan 4-ü dünya çempionu, 1-i olimpiya lisenziyalı dünya təsnifat turnirinin qalibi, 2-si dünya çempionatının gümüş, 4-ü isə bürünc mükafatçıdır. Fərqləndirilənlərdən 3-ü güləşçi, 2-si boksçudur, digər idman növlərinin payına isə hərəyə 1 idmançı düşüb.
Beləliklə, 10 ən güclü idmançı bunlardır:
1. Valentin Demyanenko – kanoe üzrə Avropa çempionatının ikiqat qalibi və dünya çempionu
2. Məhəmmədrəsul Məcidov – boks üzrə dünya çempionu
3. Rövşən Bayramov – yunan-Roma güləşi üzrə dünya çempionu
4. Şərif Şərifov - sərbəst güləş üzrə dünya çempionu
5. Ramin Əzizov – taekvondo üzrə dünya olimpiya təsnifat turnirinin qalibi
6. Mariya Stadnik – qadın güləşi üzrə dünya çempionatının gümüş mükafatçısı
7. Teymur Məmmədov – boks üzrə Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı
8. Aliyə Qarayeva – bədii gimnastika üzrə dünya çempionatının bürünc mükafatçısı
9. İlqar Müşkiyev – cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı
10. Valentin Xristov – ağırlıqqaldırma üzrə dünya çempionatının bürünc mükafatçısı
Digər nominasiyalara gəldikdə, Hicran Şərifov (güləş) ilin məşqçisi, şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi ilin komandası, voleybolçu qadınlar arasında dünya çempionu “Rabitə” ilin klubu, Azərbaycan Boks Federasiyası ilin federasiyası, “Kür” Olimpiya Mərkəzi ilin idman qurğusu seçiliblər. Əjdər Cəfərov (güləş), Vahid Nəzərov (ağırlıqqaldırma) və Faiq Həsənov (şahmat) ilin hakimləri sayılıblar. Albert Cəfərov (futbol) isə ilin veteran idmançısı kimi mükafatlandırılıb.
Mənbə: Lent.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi