Kamerun 500 min dollar təzminat ödəyəcək

Kamerun 500 min dollar təzminat ödəyəcək
XƏBƏR 24 Dekabr 2011 / 00:45 1433
-  A +

Əlcəzair Futbol Federasiyası (ƏFF) Kamerun milli komandası haqda FİFA-ya şikayət etməsindən sonra istəyinə çatıb.

Qol.Az-ın məlumatına görə, Kamerun Futbol Federasiyası (KFF) Əlcəzairlə yoldaşlıq görüşünə çıxamaması səbəbindən qarşı tərəfə 500 min dollar təzminat ödəyəcək.

Əlcəzair tərəfi daha öncə Kamerundan 1 milyon dollar təzminat istəsə də sonda qarşı tərəfin təklif etdiyi 500 min dollarla razılaşıb. 

Qeyd edək ki, ötən ay Kamerun milli komandasının futbolçuları Əlcəzairlə keçiriləcək yoldaşlıq oyunuöncəsi onlara vəd edilən mükafatın verilməməsi səbəbindən meydana çıxmaqdan imtina etmişdilər.


Son xəbərlər