Arda Turanın yeni baş məşqçisi müəyyənləşdi

Arda Turanın yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 23 Dekabr 2011 / 19:00 2307
-  A +

Dünən Qreqorio Manzano ilə yollarını rəsmən ayıran "Atletiko" (Madrid) klubunun artıq yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Arda Turanın komandasına bundan sonra Argentina millisi və "Atletiko"nun sabiq futbolçusu Dieqo Simeone başçılıq edəcək.

Lakin agentinalı mütəxəssisin Madrid təmsilçisində hansı müddətə işləyəcəyi haqda məlumat verilməyib. Simeonenin komandanı mövsümün sonuna qədər çalışdıracağı isə artıq dəqiqləşib.

Qeyd edək ki, "Atletiko" klubu 16 turdan sonra 19 xalla 10-cu pillədə qərarlaşıb.


Son xəbərlər