Qairbek Qermaxanov (54 kq) bu mövsüm “Baku Fires”in heyətində olduqca uğurlu debüt edib. Qol.Az-ın məlumatına görə, Qermaxanov keçirdiyi hər üç oyunda qələbə qazanıb. Onlardan ikisi səfərdə “İstanbul Bosphorus” və “Paris United” komandalarına qarşı keçirilən döyüşlərdə, üçüncüsü isə bu yaxınlarda “Mexico City Guerreros”a qarşı baş tutan matçda əldə olunub.
Qermaxanov müsahibəsini diqqətinizə çatdırırıq:
- Qairbek, əvvəlcə meksikalı Aaron Alamedaya qarşı keçirilən sonuncu görüşdən başlayaq. Bu qarşılaşma sizdə hansı təəssüratları yaradıb?
- Mən bu döyüşdə sərgilədiyim oyundan o qədər də razı deyiləm. İstədiyim kimi döyüşə bilmədim. Düşünürəm ki, buna mənim bu yaxınlarda xəstələnməyim səbəb oldu. Bununla belə, rəqibimin öhdəsindən gəldim və qələbə qazandım. Lakin üzərimdə çox işləməliyəm.
- Alamedanın belə müqavimət göstərəcəyini gözləyirdiniz?
- Mən rəqibin döyüş üsulu ilə tanış deyildim. Alamedanın gözləniləndən kifayət qədər möhkəm boksçu çıxması, həmçinin solaxay olması mənim işimi çətinləşdirdi. Xoşbəxtlikdən, mən qəlib gələ bildim.
- Sizin WSB versiyası üzrə keçirdiyiniz üç döyüşdən hansı daha çox yadda qalıb?
- Parisdə Avropa çempionatının mükafatçısı Aleksandr Rıskana qarşı döyüş. Həmin döyüş çox çətin idi. Hər şey beşinci raundda həll olundu.
- Vaxtından əvvəl bitirdiyin İstanbul qarşılaşmasını xatırlamaq yəqin ki, xüsusilə xoşdur?
- Bəli, türkiyəli boksçu Murat Temurla baş tutan ilk döyüş kifayət qədər asan oldu. Mən texniki nokautla qalib gəldim. Lakin hər halda səfərdə döyüşə çıxmaq həmişə çətin olur.
- “B” qrupundakı turnir vəziyəti barədə nə deyə bilərsiniz?
- Həmzət Ağayevin dediyi kimi, bizim əsas rəqiblərimiz meksikalılardır. Onların qarşıda üç ev qarşılaşması var. “Mexico City Guerreros”da mənim çəkimdə daha güclü boksçular var. Odur ki, Meksikaya səfər çətin döyüş vəd edir. Lakin hələ ki, biz “Baku Fires”in hamıdan güclü olduğunu sübut edirik və bundan sonra da sübut edəcəyimizə ümid edirəm.
- “Baku Fires” çox güman ki, 1/4 finala çıxacaq. “Play-off” matçında hansı komanda ilə görüşmək istərdiniz?
- Yarımfinaldan qabaq çox az gücümüzü sərf edəcəyimiz komanda ilə döyüşmək istərdik (gülür).WSB turnirində qalib gəlmək üçün bütün şanslara malik olan güclü və mehriban kollektivimiz var.
- “Baku Fires” komandasında elə də çoxdan çıxış etmirsən, ona görə də boks həvəskarları sənin haqqında çox az məlumatlıdırlar. Özün haqqında danış...
- Dağıstanın Kaspiysk şəhərində məşq etməyə başlamışam. Ancaq məşqə boksla yox, kikboksinqlə başlamışam. Rusiyanın kikboksinq üzrə çempionu olmuşam. Bir dəfə mənə Dağıstanın boks çempionatında çıxış etməyi təklif etdilər. Mən razılaşdım. Finala qədər yüksəldim, son anda məğlub oldum. Düzünü desəm, uduzacağımı gözləmirdim. Boksda da uğur qazana biləcəyimi sübuta yetirmək mənim üçün prinsip məsələsi idi. Nəticədə elə alındı ki, bu idman növündə də qalmalı oldum.
- Əldə etdiyin nəticələrdən də göründüyü kimi, sən boksda heç də az uğur qazanmamısan. Rusiya çempionatının mükafatçısı olmaq elə də asan iş deyil.
- Mən 48 kq-a qədər çəki dərəcəsində Rusiya çempionatının üç dəfə bürünc mükafatçısı olmuşam. Həm də Avropa Kubokunda 3-cü yeri tutmuşam.
- Azərbaycanda öz perspektivlərini necə görürsən?
- Bu il Azərbaycanı təmsil etmək üçün gəlmişəm. Ancaq hələ lazımi səviyyədə deyiləm. Özümdən çox böyük uğurlar gözləyirəm, Azərbaycan boksuna əhəmiyyətli töhfələr verə biləcəyimə ümid edirəm. Rəhbərliyə, məşqçilərə, azarkeşlərə belə mehriban və səmimi qarşılandığım üçün minnətdarlığımı bildirirəm. Azərbaycanın artıq dünya çempionu var - Məhəmmədrəsul Məcidov. Öz üzərilərində bu tempdə işləməyə davam etsələr, böyük uğurlar qazanmağa qadir olan çox perspektivli boksçularımız var.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi