"Real" "Barselona" ilə 1/4 finalda qarşılaşa bilər

"Real" "Barselona" ilə 1/4 finalda qarşılaşa bilər
XƏBƏR 23 Dekabr 2011 / 15:26 2554
-  A +

İspaniya futbolunun iki nəhəng klubu "Real" (Madrid) - "Barselona" bu mövsüm daha 2 dəfə qarşılaşa bilər.

Qol.Az-ın məlumatına görə, İspaniya kubokunun 1/32 finalında böyükhesablı qələbə qazanmaqla növbəti mərhələyə adlayan əzəli rəqiblər bu dəfə 1/4 finalda qarşılaşa bilər.

Bu mərhələyə qədər "Real" "Malaqa" ilə qarşılaşacağı halda, "Barselona" Osasuna"nı sınağa çəkəcək. Hər iki komanda turu keçəcəyi təqdirdə 1/4 finalda üz-üzə gələcəklər.

Qeyd edək ki, 1/4 final qarşılaşmaları 18-25 yanvar aralığında keçiriləcək.

İspaniya "kral kuboku"nun təqvimi isə belədir:

 

1/8 Final

"Real" (Madrid) - "Malaqa"

"Osasuna" - "Barselona"

"Valensiya" - "Sevilya"

"Malyorka" - "Real" (Sosyedad)

"Espanyol" -"Kórdoba"

"Alkorkón" - "Levante"

"Atletik" (Bilbao) - "Albasete"

"Rasinq" - "Miranda"



1/4 Final

A - "Kordoba" - "Espanyol" / "Rasinq" - "Miranda"

B - "Real" (Madrid) - "Malaqa" / "Barselona" - "Osasuna"

C - "Valensiya" - "Sevilya" / "Levante" - "Alkorckón"

D - "Albasete" - "Atletik" (Bilbao) / "Malyorka" - "Real" (Sosyedad)



Yarımfinal

A - D

B - C


Son xəbərlər