Leonid Buryak azərbaycanlı futbolçunun məşqçisi olacaq

XƏBƏR 23 Dekabr 2011 / 13:22 2253
-  A +

Azərbaycanlı futboçu Ruslan Zeynalovun çıxış etdiyi Ukraynanın “Aleksandriya” klubunun baş məşqçisi Vladir Şaran tutduğu vəzifədən istefaya göndərilib.

Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı məlumata görə, Şaranın yerinə ünlü mütəxəssis Leonid Buryak gətiriləcək. Buryakın qarşısına komandanı yüksək liqada saxlamaq vəzifəsi qoyulacaq.

Qeyd edək ki, hazırda “Aleksandriya” Premyer Liqada 16 komanda arasında 14-cü yeri tutur.


Son xəbərlər