Kaka üçün "Çelsi", "Milan" və ya PSJ

Kaka üçün "Çelsi", "Milan" və ya PSJ
XƏBƏR 22 Dekabr 2011 / 16:32 2210
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Kakanın yenidən Madridi tərk edəcəyi gündəmə gəlib.

Qol.Az-ın məlumatına görə, bu mövsüm qeyri-sabit çıxışı ilə yadda qalan braziliyalı futbolçu ilə Avropanın nəhəng klubları yaxından maraqlanır.

"Çelsi" və "Milan"la yanaşı, Fransanın PSJ klubu da Kakanı heyətində görmək istəyir. Lakin hələlik "Real" rəhbərliyi futbolçunu satacaqları ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, 2009-cu ildən "Real"da çıxış edən Kaka keçirdiyi 51 oyunda 18 dəfə rəqib qapılarına yol tapıb. 


Son xəbərlər