Milli komandanın azarkeşinə 3 illik həbs cəzası

Milli komandanın azarkeşinə 3 illik həbs cəzası
XƏBƏR 22 Dekabr 2011 / 16:01 1698
-  A +

İngiltərə milli komandasının azarkeşi Mitton 3 il həbs cəzasına məhkum edilib.

Qol.Az-ın məlumatına görə, buna Mittonun AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Uelslə keçirilən oyunda rəqib komandanın azarkeşini öldürməsi səbəb olub.

Həmin görüşdən sonra stadionu tərk edən Mitton uelsli azarkeş Maykl Dyenlə mübahisə edib və onu yumruqla döyərək öldürmüşdü. Baş verənləri araşdıran "Old Balley" məhkəməsi Mittona 3 illik həbs cəzası kəsib.

Qeyd edək ki, İngiltərə - Uels oyunu 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı.


Son xəbərlər