"İnter" Türkiyəyə gedir

"İnter" Türkiyəyə gedir
XƏBƏR 22 Dekabr 2011 / 13:32 1625
-  A +

Unibank Premyer Liqasının son turunda "Simurq"la keçirilmiş oyundan sonra (2:0) yanvarın 8-dək istirahətə buraxılan “İnter”in futbolçuları həmin ayın 9-da “Şəfa” stadionunda toplaşacaqlar.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-dan 14-dək Bakıda təlim-məşq toplanışı keçəcək “İnter” sonradan Türkiyəyə yollanacaq.

Fevralın 5-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində "bankirlər" yoldaşlıq oyunları da keçirəcək. Lakin hələlik "İnter"in rəqibləri məlum deyil.


Son xəbərlər