"Barselona" Neymarın behini verdi

"Barselona" Neymarın behini verdi
XƏBƏR 22 Dekabr 2011 / 01:17 2652
-  A +

İspaniyanın “Barselona” klubu Braziliya “Santos”unun futbolçusu Neymarın ilk növbədə alış hüququna yiyələnib.
 
Qol.Az-ın “El Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, “Santos” Neymarı satmaq istəsə, onu ilk növbədə, “Barsa” ala bilər.

Bundan ötrü Kataloniya klubunun 10 milyon beh ödədiyi də bildirilir. “Santos” anlaşma şərtlərini pozsa və Neymarı digər kluba satsa, “Barsa”ya 20 milyon avro cərimə ödəyəcək. Baş məşqçi Xosep Qvardiolanın komandası Neymarı almaq hüququndan imtina etsə, “Santos” bütün avans məbləğini özündə saxlamaq hüququna malikdir.

Qeyd edək ki, Neymar bir müddət öncə “Santos”la müqaviləni 2014-cü ilədək uzadıb. Lakin o, “Barselona”da oynamaq istədiyini bildirib.


Son xəbərlər