Milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyevin çalışdırdığı "Terek"in əvəzedicilərdən ibarət komandası bu gün Rusiya çempionatında üçüncü oyununu keçirir. Qol.Az-ın məlumatına görə, "Terek" bu gün öz meydanında "Dinamo"yla qarşılaşır. İlk iki oyununda maksimum nəticə göstərən Diniyevin komandası bu dəfə birinci hissədən sonra rəqibinə 0:1 hesabıyla uduzur. Qonaqlar 31-ci dəqiqədə "Terek"in qapısına yol tapıblar. Birinci hissənini sonunda Şahin Diniyevin komandası daha bir zərbə alıb. "Terek"in futbolçusu qırmızı vərəqə alaraq, komandasının vəziyyətini daha da çətinləşdirib. Hazırda oyunda fasilədir.
***
Qarşılaşmada artıq 73-cü dəqiqə oynanılır. "Terek" hələ də rəqibinə 0:1 hesabıyla uduzur. Şahin Diniyev oyunun gedişatını dəyişmək üçün iki əvəzetmədən istifadə edib.
***
Oyunun 85-ci dəqiqəsi gedir. Hesab hələ də 0:1 "Dinamo"nun xeyrinədir. Şahin Diniyevin komandası son 5 dəqiqədə hesabı bərabərləşdirə bilər. Çünki "Dinamo"nun futbolçusu qırmızı vərəqə alaraq, meydanı tərk etdi. Artıq hər iki komanda meydanda 10 nəfərlə mübarizə aparır.
***
Oyun başa çatdı. "Terek" - "Dinamo" oyunu 1:0 hesabıyla moskvalıların xeyrinə nəticələndi. Bununla da Şahin Diniyev "Terek"in əvəzedicilərdən ibarət komandasının baş məşqçisi kimi rəsmi oyunlarda ilk məğlubiyyətini aldı. 3 turdan sonra "Terek"in aktivində 6 xal var.
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"