Cüneyt Biçər: "Xəzər Lənkəran"ın zamana ehtiyacı var"

Cüneyt Biçər: "Xəzər Lənkəran"ın zamana ehtiyacı var"
XƏBƏR 21 Dekabr 2011 / 18:26 2835
-  A +

"Gözəl oyuna görə və qələbəyə görə komandaya təşəkkür edirəm". 

Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Cüneyt Biçər "Bakı" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Biçər komandasının daha yaxşı oynaması üçün vaxta ehtiyaclarının olduğunu bildirib: "Bakı" güclü komandadır. Fikrimcə, çox maraqlı oyunun şahidi olduq. Komandamızın daha da yaxşı oynaması üçün zamana ehtiyacımız var".

Qeyd edək ki, Unibank Premyer Liqasının XVIII turu çərçivəsində evdə "Bakı"nı qəbul edən "Xəzər Lənkəran" rəqibinə 3:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər