Böyükağa Hacıyev: "Legionerlər artıq istirahət haqda düşünür"

Böyükağa Hacıyev: "Legionerlər artıq istirahət haqda düşünür"
XƏBƏR 21 Dekabr 2011 / 17:50 1865
-  A +

"Bizim üçün çətin oyun oldu. Legioner futbolçular artıq istirahət haqqında düşünür".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Kəpəz"lə oyundan sonra deyib.

Hacıyev futbolçularını bu oyuna kökləməkdə çətinlik çəkdiklərini bildirib: "Futbolçuları bu oyuna kökləmək çox çətin idi. Fasiləyə lider kimi yollanmaq istəyirdik ki, buna nail olduq".

Qeyd edək ki, Unibank Premyer Liqasının XVIII turu çərçivəsində evdə "Kəpəz"i qəbul edən "Neftçi"rəqibinə 2:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər