Yığmanın 5 futbolçusuna 10 oyunluq cəza

Yığmanın 5 futbolçusuna 10 oyunluq cəza
XƏBƏR 21 Dekabr 2011 / 14:25 1615
-  A +

Çili Futbol Federasiyası (ÇFF) milli komandanın 5 futbolçusunu cəzalandırıb.

Qol.Az-ın məlumatına görə, buna isə həmin futbolçuların DÇ-2014-ün seçmə mərhələsi öncəsi məşqə 45 dəqiqə gec və içkili vəziyyətdə gəlmələri səbəb olub.

Bununla bağlı qərarını açıqlayan ÇFF Xorke Valdivia ("Palmeyras"), Jin Biuseyur ("Birmingem"), Karlos Karmona ("Atalanta"), Qonzalo Yara ("Briqton and Hove Albion") və Artur Vidala ("Yuventus") 10 oyunluq cərimə kəsib.

Həmin futbolçular DÇ-2014-ün oyunları da daxil olmaqla milli komandanın 10 görüşündə iştirak etməyəcəklər.


Son xəbərlər