Milli komandamız FİFA reytinqində irəlilədi

XƏBƏR 21 Dekabr 2011 / 13:05 2389
-  A +

FİFA bu gün milli komandaların dekabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, milli komandamız ötən ayla müqayisədə 1 pillə irəliləyərək 112-cü yerdə qərarlaşıb.

DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizə gəldikdə isə yenə ən yaxşı göstərici Portuqaliya milisinə məxsusdur. Priney təmsilçisi 1100 xalla 7-ci pillədəki mövqeyini qoruyub.

Rusiya millisinin də mövqeyində heç bir dəyişikllik olmayıb. Dik Advokatın komandası 971 xalla 12-ci pillədə qalıb. Digər rəqibləmizdən İsrail 37-ci (0), Şimali İrlandiya 88-ci (1), Lüksemburq isə 128-ci (-1) pillədə qərarlaşıb.

Ümumilikdə isə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1564 xalla 1-ci pillədəki mövqelərini qoruyublar. İkinci pillədə Hollandiya, 3-cü yerdə isə Almaniya millisi qərarlaşıb. Uruqvay və İngiltərə yığmaları isə müvafiq olaraq 4-5-ci pillələri bplüşdürürlər.


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner