Toni Adams bu həftə Tale Heydərovla görüşəcək

XƏBƏR 21 Dekabr 2011 / 12:31 1604
-  A +

“Qəbələ”nin baş məşqçi vəzifəsindən istefa verən Toni Adamsın bu klubda başqa vəzifədə çalışıb-çalışmayacağına yaxın günlərdə aydınlıq gələcək.

Məlumatı Qol.Az saytına “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov verib.

O Toni Adamsın bu həftə klub prezidenti Tale Heydərovla görüşünün nəzərdə tutulduğunu söyləyib: “Bu görüşdən sonra ingilis mütəxəssisin “Qəbələ”də qalıb-qalmayacağı müəyyənləşəcək”.

Qeyd edək ki, T.Adamsın “Qəbələ”də icraçı-direktor vəzifəsində çalışacağı istisna edilmir.

Son xəbərlər