Arşavin gedir, Anri və Podolski gəlir

Arşavin gedir, Anri və Podolski gəlir
XƏBƏR 21 Dekabr 2011 / 01:33 2293
-  A +

"Arsenal" klubunun yanvar ayında komandanın rusiyalı futbolçusu Andrey Arşavini satacağı iddia olunur.

Qol.Az-ın məlumatına görə, "topçular"ın baş məşqçisi Arsen Venger bu mövsüm ümidləri doğrultmayan Arşavini satmağı planlaşdırır.

Rusiya milli komandasının aparıcı futbolçularından olan Arşavin də əsas heyətdə daimi oynamaq üçün digər kluba keçmək niyyətindədir. Arşavinin komandadan ayrılacağı təqdirdə isə "Arsenal"ın "Borussiya" (Dortmund) klubundan Mario Qötze və Lukaş Podolskini transfer edəcəyi bildirilir.

Qeyd edək ki, bu futbolçularla yanaşı, "Arsenal"ın sabiq hücumçusu Tyeri Anrinin də London klubuna keçəcəyi ehtimal olunur.


Son xəbərlər