Çinlilərin növbəti hədəfi - Mixael Ballak

Çinlilərin növbəti hədəfi - Mixael Ballak
XƏBƏR 21 Dekabr 2011 / 00:45 1600
-  A +

Daha öncə "Çelsi"dən Nikolya Anelkanı transfer edən Çinin "Şanxay Şenhua" klubu növbəti hədəfini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Almaniyanın "Bayer" (Leverkuzen) klubunun yarımmüdafiəçisi Mixael Ballakın Çinə gedəcəyi gündəmə gəlib.

Artıq Çin təmsilçisinin mövsümün sonunda "Bayer"lə müqaviləsi başa çatacaq Ballakla danışıqlara başladığı bildirilir. Çinlilər Anelkada olduğu kimi, Ballaka da həftəsinə 175 min funt-sterlinq ödəmək niyyətindədir.

Qeyd edək ki, Ballak 2008-2010-cu illər ərzində Anelka ilə birgə "Çelsi"də çıxış edib. 


Son xəbərlər