"Neftçi"nin 9 futbolçusu Azərbaycan yığmasında

XƏBƏR 20 Dekabr 2011 / 20:48 2215
-  A +

"Neftçi" PFK-nın aşağı yaş qruplarından ibarət komandalarının 9 futbolçusu Azərbaycanın 17 yaşadək yığmasına dəvət alıb.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, Fəhmin Muradbəyli, Ravil Məhəmmədov, Etibar Süleymanov, Elton Xudadatov, Aqşin Qurbanlı, Ülvi Sarıyev, Pərviz Qaraxanov, Əkbər Əhmədov və Toğrul Həsənzadə U-17-yə çağırılıblar. Onlar dekabrın 23-də yığmanın düşərgəsində olacaqlar.

Qeyd edək ki, Azərbaycanın U-17 komandası dekabrın 23-dən 25-dək Bakıda təlim-məşq toplanışı keçəcək.


Son xəbərlər