AZAL-ın məşqçisi: "Yeməyənin payını yeyərlər"

XƏBƏR 20 Dekabr 2011 / 17:34 1652
-  A +

Unibank Premyer Liqasının XVIII turunda səfərdə "Rəvan"in qonağı olan AZAL klubu rəqibinə 1:3 hesabı ilə məğlub olub.

Qol.Az-ın məlumatına görə, AZAL klubunun məşqçisi Rafiq Mirzəyev oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb:

"Futbolda belə deyim var – yeməyənin payını yeyərlər. Oyuna yaxşı başlamışdıq, lakin istədiyimiz kimi alınmadı. “Rəvan”ı qələbə münasibəti ilə təbrik edirəm, yaxşı oynadılar. İlk altılığa düşmək imkanlarımızı çətinləşdirdik. Qış fasiləsində komandanı daha yaxşı hazırlaşdıracağıq".


Son xəbərlər