Premyer Liqanın XVII turu çərçivəsində “Kəpəz”lə qarşılaşma “Xəzər Lənkəran” üçün daha bir faktla əlamətdar olub.
Qol.Az-ın klubun rəmsi saytına istinadən verdiyi məlumata görə, mövsüm ərzində ilk dəfə hakimlər "Xəzər Lənkəran"ın lehinə penalti qərarı veriblər.
“Xəzər Lənkəran” sonuncu dəfə ötən mövsümün XXIV turunda penalti vurmuşdu. Bu il martın 18-də “Neftçi” ilə qarşılaşmada Julius Vobay 11 metrlik nöqtədən dəqiq oynamışdı.
“Xəzər Lənkəran” növbəti penalti qərarını 273 gün gözləməli olub. Təbii ki, ölkə kubokunun finalındakı oyun sonrası penaltilər seriyası nəzərə alınmamaqla. Vobayın penaltisindən sonra lənkəranlılar 30 oyunda 11 metrlik cərimə zərbəsi vurmaq həsrətində qalıblar. Nəhayət, son turda Branimir Subaşiçin yerinə yetirdiyi penalti bu seriyanın nöqtəsini qoyub.
Əslində “Xəzər Lənkəran” mövsümdə bir dəfə penalti vurmağa öyrəşib. 2010/11 mövsümündəki həmin penalti də indiki kimi yeganə olmuşdu. Ondan əvvəlki son zərbə isə 2010-cü il aprelin 23-də vurulmuşdu. O vaxt 2009/10 mövsümündə çempionatın 29-cu turunun “İnter”lə görüşündə İvan Svetkov 11 metrdən qapını dəqiq nişan almışdı.
Bundan 329 gün sonra hakimlər “Xəzər Lənkəran”ın penalti vurmasına imkan veriblər. Onu da qeyd edək ki, bu müddətdə ərzində “Xəzər Lənkəran” 34 oyun keçirib. Bir sözlə, son 67 qarşılaşmada cəmi 3 penalti vurulub.
Ümumilikdə isə “Xəzər Lənkəran” tarixi ərzində müxtəlif turnirlərdə 30 penalti zərbəsi vurub. Oyunsonrası penaltilər seriyaları nəzərə alınmamaqla hesablanan bu 30 zərbədən yalnız 4-ü dəqiq olmayıb. “Kəpəz”lə oyuna təsadüf edən 30-cu yubiley penaltisi 26-cı qolun vurulması ilə nəticələnib.
2004/05 – 6/6
Bəxtiyar Musayev – 1/1
Vyaçeslav Lıçkin – 1/1
Oqtay Dərəlioğlu – 4/4
2005/06 – 4/3
Miroslav Saviç – 1/0
Samir Əliyev – 2/2
Katalin Lita – 1/1
2006/07 – 7/7
Zaur Ramazanov – 6/6
Mahmud Qurbanov – 1/1
2007/08 – 3/2
Zaur Ramazanov – 2/1
Yakuba Bamba – 1/1
2008/09 – 3/3
İvan Svetkov – 2/2
Mario Souza – 1/1
2009/10 – 5/3
Allan Lalin – 1/0
İvan Svetkov – 3/3
Mario Souza – 1/0
2010/11 – 1/1
Julius Vobay – 1/1
2011/12 – 1/1
Branimir Subaşiç – 1/1
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk