Hektor Kuper Türkiyə superliqasında

XƏBƏR 20 Dekabr 2011 / 11:18 1712
-  A +

Məşhur argentinalı məşqçi Hektor Kuper karyerasını Türkiyə superliqasında davam etdirəcək.

Qol.Az-ın məlumatına görə, Kuper "Orduspor" klubunun baş məşqçisi vəzifəsinə gətirilir. Sabah Türkiyəyə gəcələyi gözlənilən Kuperin "Orduspor"la 1,5 illik müqavilə bağlayacağı gözlənilir.

Kuper bu həftə "Trabzonspor"a qarşı oyunu tribunadan izləyəcək.

Qeyd edək ki, Kuper Argentina millisiylə yanaşı İtaliyanın "İnter", "Parma", İspaniyanın "Valensiya", "Malyorka", "Betis" kimi klublarını çalışdırıb.
 
O, 2008-2009-cu illərdə Gürcüstan millisinin baş məşqçisi işləyib. Kuperin çalışdığı son klub isə İspaniya "Rasinq"i olub.


Son xəbərlər