Məsut Özil Premyer Liqa yolunda

Məsut Özil Premyer Liqa yolunda
XƏBƏR 20 Dekabr 2011 / 03:17 2647
-  A +

"Real" (Madrid) klubunun türk əsilli futbolçusu Məsut Özilin İngiltərə Premyer Liqasına gedəcəyi iddia olunur.

Qol.Az-ın "Daily Mail" qəzetinə istinadən verdiyi məlumata görə, 23 yaşlı futbolçu karyerasını "Liverpul"da davam etdirə bilər.

"Real"ın baş məşqçisi Joze Mourinyo ilə aralarında gərginlik yaşandığı söylənilən Özilin Madridi tərk edəcəyi İspaniya mətbuatının gündəmindən düşmür.

Bu fürsətdən maksimum yararlanmağı planlaşdıran "Liverpul" Özili transfer siyahısını daxil edib. Lakin Mourinyonun "Liverpul"un bu təklifinə necə reaksiya verəcəyi indidən böyük maraq doğurur.

Qeyd edək ki, 2010-cu ildən "Real"ın şərəfini qoruyan Özil bu mövsüm meydana əsasən sonradan daxil olur. 


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner