Latviyalı baş məşqçi Aleksandr Starkov karyerasını öz ölkəsinin milli komandasında, yoxsa “Bakı”da davam etdirəcəyinə ilin sonunadək qərar verəcək. Bu haqda Lent.az-a Starkovun özü açıqlama verib.
56 yaşlı mütəxəssis yaxın günlərdə klub prezidenti Hafiz Məmmədovla görüşəcəyini bildirib: “Hələlik bu barədə bir söz deyə bilmərəm, hər şey olduğu kimi qalır. Klub prezidentinin mövqeyindən çox şey asılıdır. Məsələ də bundadır. Hesab edirəm ki, ilin sonunadək bu barədə qərar verəcəyəm”.
Latviya Futbol Federasiyası Starkovun eyni vaxtda iki vəzifədə çalışmasına qarşı çıxıb. Baxmayaraq ki, “Bakı” rəhbərliyi onun Latviya millisində də çalışmasına etiraz etmir. Lakin təcrübəli mütəxəssis məsələni mətbuat səhifələrində yazılanlar vasitəsilə yox, klub prezidenti Hafiz Məmmədovla görüşdə həll etmək niyyətindədir:
“Latviya yığmasında işləməyimə “Bakı”nın etiraz etmədiyi barədə xəbər mətbuatda yazılandır. Mən isə bu barədə “Bakı”nın prezidenti ilə danışmaq istəyirəm. O etiraz etsə, nə olacaq? Məsələni həll edəcəyik. Hələlik karyeramı harada davam etdirmək istəyimi qəzet səhifəsinə çıxarmaq istəməzdim”.
Qeyd edək ki, Aleksandr Starkov 2007-ci ildən Latviya yığmasının, 2011-ci ildən isə həm də “Bakı”nın baş məşqçisidir.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında