Rikelme: "Messi Maradonanın yerini alır"

Rikelme: "Messi Maradonanın yerini alır"
XƏBƏR 20 Dekabr 2011 / 00:01 1618
-  A +

"Boka Xunyos" klubunun təcrübəli futbolçusu Xuan Roman Rikelme "Barselona"nın ulduzu Lionel Messi haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, 33 yaşlı oyunçu Messinin son dövrlər Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradonanı xatırlatdığını bildirib:

"Mən Maradonanın dövründə böyüyən şanslı insanlardan biriyəm. Həmin dövrdə hər kəsin qəhrəmanı o idi. İndi isə Messi Maradonanın işləri görür. "Leo" artıq Maradonanın yerini alır. Argentinada Messi bütün uşaqların əsas favoritidir. Mənim oğlum belə futbol oynarkən tez-tez Messinin adını çəkir". 


Son xəbərlər