2011-ci ildə Azərbaycan milli komandasının ən yaxşı futbolçusu seçilən Rauf Əliyevin müsahibəsi
- Milli komandada ilin ən yaxşı futbolçusu olacağınızı gözləyirdiniz?
- Düzünü desəm, hə. Çünki 2-3 namizəd arasında özümü də görürdüm. Allaha şükürlər olsun ki, bu dəfə mənə qismət oldu. Əlbəttə, ən yaxşı futbolçu seçildiyim üçün çox sevinirəm. Hər bir futbolçuya da bu nominasiyada qalib olmağı arzulayıram. Mənə səs verənlərin hamısına minnətdarlığımı bildirirəm. Jurnalistlər arasında da seçim olub və hər birinizə təşəkkür edirəm.
- Bəs sizin namizədiniz kim idi?
- Burda olan namizədlərin hər biri ən yaxşı olmağa layiqdir.
- Hesab etmirsiniz ki, bu il vurduğunuz qollar ən yaxşı seçilməyinizdə həlledici rol oynadı?
- Əlbəttə, belə bir nominasiyalarda qalib olmaq üçün qol vurmaq böyük rol oynayır. Üstəlik, biz hücumçulardan ilk növbədə qol tələb olunur. Ən yaxşılar daha çox hücumçular seçilir. Mən də millidə vurduğum qollara görə qalib gəldim. Çalışacağam ki, gələn il bu uğur daha da yaxşılaşdırım, daha yaxşı oynayıb, yenidən bu nominasiyada qalib gəlim.
- Bunu karyeranızda ən böyük mükafat sayırsınız?
- Əlbəttə. Bu mükafat indiyə kimi karyeramda ən yüksəkdir. Çünki indiyədək ilin ən yaxşı futbolçusu olmamışdım.
- Özü də mükafatı millinin baş məşqçisi Berti Foqtsdan aldınız...
- Bəli. Bu, mənim üçün ikiqat sevinclidir. Bu uğurun davamını gətirməyə üçün var-gücümlə çalışacağam. Çünki ilin ən yaxşı futbolçusu olmaq adama çox gözəl hisslər bəxş edir.
- “Ulduz xəstələyi”nə tutulmayacaqsınız ki?
- Elə yaşdayam ki, məndə “ulduz xəstəliyi” olmamalıdır. Hələ 22 yaşım var. İnşallah, elə olmalıdır ki, bu mükafat qazanacağımız o birisinin kölgəsində qalsın.
- Amma son zamanlar “Qarabağ”ın əsas heyətinə düşməkdə bir az çətinlik çəkirsiniz. Bunu nə ilə izah edərdiniz?
- Ola bilər ki, 2-3 matç əsas heyətdə oynamadım. Bu da daha çox yorğunluqla bağlıdır. Demək olar? 2-3 ildir daim əsas heyətdə yer alıram. Dalbadal çempionatda, kubokda, avrokuboklarda çıxış etmək nəticəsində məndə yorğunluq bir az çox idi. Həm də zədədən sonra dərhal meydana qayıtdım, bərpa prosesi az oldu. Avrokuboklar zamanı məşqlərə tez başladıq və bu, mənə yorğunluq baxımından daha çox təsir etmişdi. Onunla əlaqədar bir müddət əsas heyətdən kənarda qaldım. İnşallah, bu il 1 oyunumuz qalıb və gələn matçda start heyətində yer alaram.
- Transfer dövrü gəlir. Klubu dəyişmək haqda fikirləşmirsiniz?
- Azərbaycanda klubumu dəyişməyi düşünmürəm. Çünki “Qarabağ”da çox xoşbəxtəm.
- Bəs xaricdə oynamaq? Bu, azərbaycanlı futbolçular üçün milli komandaya fayda vermək baxımından çox önəmlidir...
- Xaricdən real, sərfəli təklif olarsa, əlbəttə, getmək istəyərəm. Öz oyunuma uyğun komanda, çempionat olarsa, gedərəm. İstəmərəm ki, gedib peşman qayıdım.
- Hansı xarici komandada oynamaq istərdiniz?
- Düzdür, arzular böyük ola bilər. Xaricdə azarkeşlik etdiyim klub da var. Ancaq real variantın olmağı – bu, artıq qismətdir.
Mənbə: Lent.az
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk