Madrid "Real"ına şok itki

Madrid "Real"ına şok itki
XƏBƏR 19 Dekabr 2011 / 16:55 3433
-  A +

İspaniya La Liqasının sonuncu turunda səfərdə "Sevilya"nı 6:2 hesabı ilə məğlub edən "Real" (Madrid) klubu şok itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın aparıcı müdafiəçisi Serxio Ramos zədələnərək sıradan çıxıb.

"Sevilya" ilə görüşdə 90 dəqiqə meydanda olan Ramos oyundan sonra ağrılar hiss etdiyindən tibbi müayinədən keçib. Aparılan yoxlamadan sonra 25 yaşlı futbolçunun diz bağlarında yırtıq aşkarlanıb.

Qeyd edək ki, Ramos zədəsi səbəbindən sabah İspaniya kubokunda "Ponferradina" ilə keçiriləcək oyunda iştirak edə bilməyəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner