“İnter”in gürcüstanlı hücumçusu Baçana Sxadadzenin klubun rəsmi saytına müsahibəsi
- “Neftçi” ilə matç kifayət qədər çətin alındı, bununla belə, “İnter” vacib qələbə əldə etməyi və növbəti 3 xalı qazanmağı bacardı. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Düşünürəm ki, bu, hazırda keçirdiyimiz ən yaxşı oyunlardan biridir. Qarşılaşma tamaşılar üçün də çox maraqlı alındı. Bütün 90 dəqiqə kifayət qədər yaxşı ritmdə və olduqca gərgin mübarizə şəraitində keçdi. Bizim üçün ikiqat xoşdur ki, məğlub durumda olduğumuza baxmayaraq, görüşün gedişini dəyişdirməyi bacardıq və son nəticədə qələbə qazanmağa müyəssər olduq.
- Belə bir fikir var ki, Giorgi Lomaya 11 metrlik cərimə zərbəsini dəf edikdən sonra oyunun gedişi dəyişdi. Bu fikirlə razısan?
- Bəli, bu fikirlə 100 faiz razıyam. Bu addımıyla G.Lomaya hamımıza nümunə oldu. O göstərdi ki, ruhdan düşmək tezdir və sonadək oynamaq lazımdır. Yekunda bu da bizə maksimal nəticə əldə etməyimizə kömək etdi.
- Şənbə günü “Neftçi”nin qapısına vurulan qollardan birinin müəllifi oldun. Birinci dövrədə də bu komandanın qapısından qələbə topunu keçirməklə fəqrlənmişdin. Deyə bilərsənmi, “Neftçi”yə qarşı belə uğurlu oyunun sirri nədədir?
- Mən hər bir rəqibə qarşı eynilə davranmağa çalışaram. Belə alındı ki, “Neftçi” ilə hər iki oyunda iki dəfə qol vurmaq mənə müyəssər oldu. Bunu müxtəlif faktorlarla əlaqələndirmək olar. Demək istəyirəm ki, mən bununla kifayətlənməyə hazırlaşmıram. Mənim üçün istənilən rəqib eynidir və həmin rəqibin turnir cədvəlində birinci və ya axırıncı yerdə olmasının da heç bir fərqi yoxdur. Hər qarşılaşma özünə görə vacibdir.
- Bu qələbə “İnter”i “Neftçi”yə yaxınlaşdırdı və indi komandanı liderdən cəmi 1 xal ayırır. Ümumiyyətlə, “İnter”in qələbəsi intriqanı gücləndirdi və turnir cədvəlində sıxlığı artırdı...
- Bu mövsümdə turnir cədvəli çox sıx və maraqlı görünür. Çempionat çox intriqalı alınır. Bəli, biz “Neftçi”dən cəmi bir xal geridəyik, ancaq bizdən aşağıda yalnız yüksək yerlərə iddia edən “Xəzər Lənkəran” və “Bakı” kimi komandalar qərarlaşıblar. Bütün bu komandalar qış fasiləsinə ikinci və ya birinci yerdə yollana bilər. Bu vəziyyət bizə rahatlaşmağa imkan vermir. Bir daha təkrar edirəm ki, çempionat çox maraqlı alınır.
- Artıq ikinci gün “İnter” səfərdə Zaqatalanın “Simurq” komandasıyla qarşılaşacaq. Bilirik ki, bu komanda doğma meydançada güzəştə getməməsilə fərqlənir və matçın çox çətin olacağı gözlənir. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Bu oyuna çox yaxşı hazırlaşmaq lazımdır. Axı “Simurq” bizə rahatlaşmağa imkan verəcək komanda deyil. Son turda bu komanda AZAL ilə vacib qarşılaşmada məğlub olub, lakin “Simurq”un ilk “altılığa” düşmək şansı qalır və buna görə də onlar qarşıdakı matçda qalib gəlmək üçün əllərindən gələni edəcəklər. Bir sözlə, bu matça çox ciddi hazırlaşmaq lazımdır. Bu, asan oyun olmayacaq. Qarşıdakı oyun “Neftçi” ilə keçirilən matçdan daha ağır ola bilər.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında