Hiddink "Anji" ilə anlaşıb?

Hiddink "Anji" ilə anlaşıb?
XƏBƏR 19 Dekabr 2011 / 16:13 1695
-  A +

Türkiyə milli komandasının sabiq baş məşqçisi Quus Hiddinkin Rusiya macərası yenidən başlaya bilər.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssisin "Anji" klubu ilə anlaşdığı iddia olunur.

Bir müddət öncə "Anji"dən rəsmi təklif alan, ancaq düşünmək üçün bir qədər vaxt istəyən Hiddinkin yaxın günlərdə Mahaçqala təmsilçisi ilə müqavilə imzalayacağı bildirilir.

Rusiya mətbuatına görə, "Anji" ilə 3 müqavilə imzalayacaq Hiddink komandada ilinə 8 milyon avro qazanacaq. Tərəflər razılığa gələcəyi təqdirdə, 65 yaşlı mütəxəssis yanvar ayından etibarən "Anji"ni çalışdıracaq.
 
Qeyd edək ki, hazırda baş məşqçisiz qalan "Anji"ni müvəqqəti olaraq Andrey Qordeev və Roberto Karlos çalışdırır.


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner