"Fənərbaxça" ciddi itki ilə üzləşdi

"Fənərbaxça" ciddi itki ilə üzləşdi
XƏBƏR 19 Dekabr 2011 / 12:46 1805
-  A +

Türkiyə Superliqasının sonuncu turunda evdə "Trabzonspor"a 1:0 hesabı ilə qalib gələn "Fənərbaxça" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın iki aparıcı futbolçusu - Əmrə Bəlözoğlu və Səlcuk Şahin zədələnərək sıradan çıxıb.

Matçın sonlarına doğru zədələnən hər iki futbolçu paltardəyişmə otağına xərəkdə aparılıb. Əmrə və Səlcukun qarşıdakı turlarda komandasına kömək edəcəyi də sual altına düşüb. Buna bu gün keçiriləcək tibbi müayinədən saonra aydınlıq gələcək.

Qeyd edək ki, "Trabzonpsor"la oyunun 83-cü dəqiqəsində Əmrə, 89-cu dəqiqəsində isə Səlcuq zədələnərək əvəzlənmişdi.


Son xəbərlər