"Borussiya"nın futbolçusu "Çelsi"nin hədəfində

"Borussiya"nın futbolçusu "Çelsi"nin hədəfində
XƏBƏR 19 Dekabr 2011 / 11:49 1809
-  A +

"Borussiya" (Dortmund) klubunun hücumçusu Mario Qötze karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, 19 yaşlı futbolçu "Çelsi" klubunun maraq dairəsinə düşüb.

London təmsilçisi Qözte üçün 33,6 milyon funt-sterlinq ödəməyə hazır olduğunu açıqlayıb. Tərəflər arasında razılığın əldə olunacağı təqdirdə gənc futbolçu yanvar ayından etibarən "Çelsi"də çıxış edəcək.

Qeyd edək ki, bu mövsüm Bundesliqada 14 oyuna çıxan Qötze 5 qol vurmaqla yanaşı, 5 məhsuldar ötürmə ilə də yadda qalıb.


Son xəbərlər