"Xəzər Lənkəran"ın prezidenti azarkeşlərlə görüşdü

"Xəzər Lənkəran"ın prezidenti azarkeşlərlə görüşdü
XƏBƏR 18 Dekabr 2011 / 13:08 2665
-  A +

Bir qrup ziyalı “Xəzər Lənkəran” azarkeşinin klubun prezidenti Mais Mənsimovla görüşmək təşəbbüsü reallaşıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, klub prezidenti Mais Mənsimov dünən komandanın yaşlı azarkeşləri ilə görüşüb.
 
Görüş zamanı ziyalı azarkeşlərlə fikir mübadiləsi aparılıb. Hazırda klubda olan vəziyyət hər tərəfli müzakirə edilib. Təcrübəli azarkeşlər bu gün “Xəzər”sevərləri narahat edən məsələləri dilə gətirdilər. Klub prezidenti azarkeşlərin hər zaman klubun yanında olmasının vacibliyini bildirməklə, onların dəstəyinin komandanın göstərdiyi nəticələrdən asılı omayaraq, əhəmiyyətli olduğunu nəzərə çatdırdı.
 
M.Mənsimov ziyalıların müxtəlif məsələlər barədə fikirlərini diqqətlə dinləyərək, klub üçün azarkeş mövqeyinin vacibliyini də bildirdi. Həm klub prezidenti, həm ziyalılar belə görüşlərin tez-tez keçirilməsinin faydalı olduğunu söylədilər. Klubun daxilinə aid olan müəyyən məsələlərin mətbuata açıqlanması mümkün olmadıqda, məhz azarkeşlərlə görüş vasitəsilə qaranlıq məqamlara aydınlıq gətirilməsinin ən yaxşı yol olduğu qeyd olundu.
 
“Xəzər Lənkəran” prezidenti klubla azarkeşlərin birliyini ön plana çəkərək, bu istiqamətdə ”Xəzər”sevərlərin istək və təkliflərinə həmişə diqqətlə yanaşıldığını və bundan sonra da yanaşılacağını bildirdi. Keçirilən görüşdən məmnun qaldıqlarını bildirən ziyalı azarkeşlər də “Xəzər Lənkəran”a  hər zaman bacardıqları dəstəyi verməyə hazır olduqlarını klub prezidentinin diqqətinə çatdırdılar.

Son xəbərlər